İyulun 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
12 iyul 2005 16:27
İyulun 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın sədr müavini Svetlana Qasımova hüdudlarında qismən dəyişikliklər edilmiş seçki dairələrinin sxeminin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. MSK həmin seçki dairələrinin sxeminin təsdiq olunması haqqında qərar qəbul etmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov "Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçkilərində vəkil edilmiş şəxslərim statusu haqqında Təlimat”ın layihəsi barədə məlumat vermişdir. Komissiya həmin sənədin təsdiq edilməsi haqqında qərar çıxarmışdır.
MSK "Azərbaycan Respublikasının Milli Məclisi deputatlığına namizədin, siyasi partiyaların və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin statusu haqqında Təlimat”ın da layihəsini təsdiq etmişdir.
Komissiya bəzi seçki dairələri dairə seçki komissiyalarınını tərkibində dəyişiklik edilməsi haqqında qərarlar qəbul etmişdir.
İclasda carı məsələlər də müzakirə edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.