Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb
2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan
Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası
müxtəlif statuslu seçki prosesi iştirakçılarının maarifləndirilməsi məqsədilə
genişmiqyaslı layihələri davam etdirir.
Martın 26-dan etibarən Mərkəzi Seçki Komissiyası növbəti
layihəyə - dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün
seminarlara başlayıb. Tədbirin gerçəkləşdirilməsində əsas məqsəd "Seçkilər”
Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yenilənmiş və daha da
təkmilləşdirilmiş imkanları barədə dairə seçki komissiyalarının kompüter
mütəxəssislərinə ətraflı məlumat vermək, onların proqram təminatları ilə birbaşa
və praktiki şəkildə istifadəsinə şərait yaratmaq, o cümlədən mütəxəssislər üçün
maraq kəsb edən məsələlərə yerindəcə aydınlıq gətirməkdir. Seminarlar
çərçivəsində seçki günü məlumatların MSK-ya ötürülməsi üçün yeni hazırlanmış xüsusi
proqram modullarından test rejimində istifadə ediləcək ki, bu da kompüter
mütəxəssislərinin praktiki biliklərini və iş təcrübələrini daha da artıraraq seçki
günü sistemdən rahat və peşəkarlıqla istifadəni təmin edəcək.
Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş
Təqvim Planına uyğun olaraq ardıcıl və keyfiyyətlə həyata keçirilmiş əksər
irimiqyaslı layihələrin artıq uğurla başa çatdığı prezident seçkiləri ilə bağlı
son maarifləndirmə tədbirlərindən olan dairə seçki komissiyalarının kompüter
mütəxəssisləri üçün seminarların 3 gün davam etməsi və martın 28-də yekunlaşması
nəzərdə tutulur.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi
Foto: AZƏRTAC