Yanvarın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası
22 yanvar 2009 16:27
Yanvarın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 30 dekabr 2008-ci il və 8 yanvar 2009-cu il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov referendum üzrə "Yeni Azərbaycan” təşviqat qruplunun qeydə alınması məsələsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılıb və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilib. Komissiya sözügedən təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir.
Komissiyanın iclasında bəzi normativ xarakterli aktların layihələri təsdiq edilmişdir.
Iclasda seçki (referendum) komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası və sayı barədə də qərar qəbul olunmuşdur.
Bundan əlavə, MSK səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni və formasını təsdiq etmiş, qərara almışdır ki, bildirişlərin sayı 5 000 000 ədəd müəyyən edilərək Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində mətbəə üsulu ilə hazırlansın.
Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.