Fevralın 19-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə fevralın 19-da Mərkəzi
Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə
Komissiyanın 17 fevral 2018-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq
edilib.
Sonra ölkə üzrə seçicilərin daimi siyahısının
tərtibinə dair məsələyə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan
müzakirələrdən sonra Azərbaycan Respublikası üzrə 2018-ci ilin daimi seçici
siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və
ictimailəşdirilməsinin cari ilin martın 3-dək başa çatdırılması qərara alınıb.
Komissiyanın iclasında həmçinin, 2018-ci il aprelin
11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi
özü tərəfindən irəli sürülmüş Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin
irəli sürülməsi təsdiq olunub.
Beynəlxalq təşkilatların, xarici ölkələrin diplomatik
nümayəndəliklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi