Fevralın 8-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Fevralın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi
Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 15 noyabr 2017-ci il və 6 fevral 2018-ci il tarixində
keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər
edilməsi məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq
dəyişikliklər təsdiq edilib.
İclasda həmçinin, bəzi seçki dairələri dairə seçki
komissiyalarının tərkibində də dəyişikliklər edilib.
Beynəlxalq və xarici qurumların, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi
iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi