İyulun 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
05 iyul 2005 16:24
İyulun 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissyanın sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyulun 4-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi ilə bağlı sərəncam imzaladığını MSK üzvlərinin diqqətinə çatdırmışdır. Sonra o, gündəlikdəki məsələ – Üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planının təsdiq edilməsi haqqında məlumat vermişdir. Təqvim Planı Komissiya üzvlərinin təklifləri nəzərə alınmaqla təsdiq edilmişdir.
MSK- nın iclasında cari məsələlər də müzakirə olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.