İyulun 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
04 iyul 2005 16:22
İyulun 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov bəzi seçki dairələrinin adları, sayı və dairə seçki komissiyalarının tərkibinə dair məsələ barədə məlumat vermişdir. Komissiya bu məsələnin təsdiq olunması barədə qərar qəbul etmişdir.
Komissiyanın katibi Natiq Məmmədov "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçicilərin təşəbbüs qruplarının yaradılması, vətəndaşların öz təşəbbüsü və ya seçicilərin təşəbbüs qrupunun deputatlığa namizədi irəli sürmələri haqqında Təlimat” layihəsi barədə də məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin təlimatı təsdiq etmişdir.
MSK-nın digər katibi Vidadi Mahmudov isə "Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə könüllü qeydiyyat depozitinin köçürülməsi və qaytarılması qaydaları haqqında Təlimat”ın layıhəsi haqqında məlumat vermiş, Mərkəzi Seçki Komissiyası bu sənədin təsdiq olunması barədə qərar çıxarmışdır.
MSK həmçinin "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə siyasi partiyalar blokunun qeydə alınması, namizədlərin siyasi partiyalar və siyasi partiyalar blokları tərəfindən irəli sürülməsi qaydası haqqında Təlimat”ı, "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə təsdiq edilmiş deputatlığa namizədlərin qeydə alınması üçün dairə seçki komissiyalarına təqdim olunmuş seçki sənədlərində və imza vərəqləqrindəki məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə müvafiq dairə seçki komissiyası tərəfindən yaradılmış işçi qrupunun Əsasnaməsi”ni, "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə və imza vərqələrində olan məlumatların düzgünlüyünün müvafiq seçki komissiyaları tərəfindən yoxlanılması Qaydaları”nı, "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədin gəlirlərinin miqdarı və mənbəyi, əmlakı barədə məlumatın toplanması Qaydası”nı, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədlərin müdafiəsi üçün imzaların toplanmasından ötrü imza vərəqələrinin verilməsi haqqında Aktı, "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi haqqında Təlimat”ı yeni redaksiyada, "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə beynəlxalq (xarici) müçahidəçilərin fəaliyyət qaydaları haqqında Təlimat”ı və "Azərbaycan Respublikası vətəndaşının Milli Məclisə seçkilərdə müşahidə aparması qaydaları haqqında Təlimat”ı təsdiq etmişdir.
Bundan başqa, "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədin özü, seçicilərin təşəbbüs qrupu, siyasi partiya və siyasi partiyalar bloku tərəfindən deputatlılğa namizədliyi irəli sürülmüş namizədin müdafiəsi üçün seçici imzalarının toplanması haqqında Yekun Protokolunun və imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə Akt nümunəsinin qüvvədən düşməsi haqqında da qərarlar qəbul edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyası 3 saylı Babək – Kəngərli, 14 saylı Əzizbəyov ikinci və 87 saylı Ağsu – İsmayıllı seçki dairələri dairə seçki komissiyalarının tərkibinin dəyişdrilməsi haqqında qərar çıxarmışdır.
Komissiyanın iclasında cari məsələlər də müzakirə edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Yaponiya səfirliyinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.