2017-ci il iyulun 21-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 iyul 2017 17:31
Məzahir Pənahovun sədrliyi ilə 2017-ci il iyulun 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
İclasda MSK sədri 22 iyul Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələrini təbrik edib və onlara öz fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Komissiyanın 26 may 2017-ci ildə keçirilmiş iclasının protokolu səsə qoyularaq təsdiq olunub.
Komissiyanın qərarı ilə MSK-nın 29 aprel 2016-cı il tarixli 3/10 saylı Qərarında dəyişiklik edilib.
İclasda həmçinin, 33 saylı Xətai birinci, 68 saylı Cəlilabad kənd və 105 saylı Tovuz seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsi müzakirə edilib və təklif olunan dəyişiklilər Komissiyanın qərarı ilə təsdiq olunub.
Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak ediblər.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi