2016-cı il avqustun 31-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

31 avqust 2016 18:24

Məzahir Pənahovun sədrliyi ilə 2016-cı il avqustun 31-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 27 avqust 2016-cı il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi ilə (referendumla) əlaqədar ölkə hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda seçicilərin dairələr üzrə siyahılara daxil edilməsi məsələsinə baxılıb və müvafiq seçki dairələri müəyyən edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

MSK Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi