2016-cı il iyulun 26-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2016-cı
il iyulun 26-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə
Komissiyanın 3 iyun və 29 iyun 2016-cı ildə keçirilmiş iclaslarının protokolları
təsdiq olunub.
Sonra Mərkəzi Seçki Komissiyasının bəzi
normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb.
Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müvafiq dəyişikliklər
qəbul edilib.
Beynəlxalq qurumların və kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari
məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və
ictimai əlaqələr şöbəsi