90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı seçicilərin səsvermədə iştirakı barədə saat 19:00-a olan məlumat

18 iyun 2016 20:15

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə səsvermə artıq başa çatıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirilən brifinqdə seçici fəallığını jurnalistlərin diqqətinə çatdırıb və bildirib ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə 23292 seçici, yəni seçici siyahılarında olan seçicilərin 57,9%-i səsvermədə iştirak edib.

Xatırladaq ki, bu günün sonuna olan məlumat idi.

MSK Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi