90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı seçicilərin səsvermədə iştirakı barədə saat 15:00-a olan məlumat

18 iyun 2016 15:19

Azərbaycan Respublikasının Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilər davam etməkdədir. Mərkəzi Seçki Komissiyasında kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirilən birifinqdə bildirilib ki, saat 15:00-a qədər 90 saylı Ağdaş seçki dairəsi üzrə 16114 seçici səsvermədə iştirak edib, bu isə hələlik 40,1% seçici fəallığı deməkdir.

Günün növbəti iki saatı - saat 17:00 və 19:00-a olan məlumatlar da ictimaiyyətin diqqətinə çatıdırılacaq.

MSK Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi