90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı seçicilərin səsvermədə iştirakı barədə saat 12:00-a olan məlumat

18 iyun 2016 12:36

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər davam edir. Saat 12:00-a olan məlumata əsasən seçki dairəsi üzrə 40203 seçicinin 10369 nəfəri, yəni 25,8%-i səsvermədə iştirak edib. Bu barədə Mərkəzi Seçki Komissiyasında kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinqdə məlumat verilib.

Saat 15:00, 17:00 və 19:00-a olan məlumatlar vaxtaşırı ictimaiyyətə təqdim olunacaq.

MSK Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi