Mayın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
30 may 2005 16:16
Mayın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissyanın 2 may və 3 may 2005-ci il tarixli iclas protokolları təsdiq edilmişdir.
Sonra MSK-nın katibi Natiq Məmmədov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissyası tərəfindən seçici siyahılarında dəqiqləşdirilmənin yekunlaşması ilə əlaqədar onların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün müvafiq dairə seçki komissiyalarına qaytarılması məsələsi haqqında məlumat vermişdir. MSK qərara almışdır ki, Mərkəzi Seçki Komissiyası tərəfindən seçici siyahılarında düzəlişlərin yekunlaşması başa çatmış hesab edilsin və seçici siyahıları məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunmaq üçün müvafiq dairə seçki komissiyalarına qaytarılsın.
Mərkəzi Seçki Komissiyası bir sıra seçki dairələri dairə seçki komissyalarının tərkibində dəyişikliklər edilməsi haqqında da qərarlar çıxarmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.