90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı seçicilərin səsvermədə iştirakı barədə saat 10:00-a olan məlumat

18 iyun 2016 10:42

Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər keçirilir. Saat 10:00-a olan məlumata əsasən seçki dairəsi üzrə 40203 seçicinin 4517 nəfəri, yəni 11,2%-i səsvermədə iştirak edib. Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinqdə bildirib.

Seçki qanunvericiliyinə uyğun olaraq, günün növbəti saatlarına - saat 12:00, 15:00, 17:00 və 19:00-a olan məlumatlar mütəmadi şəkildə ictimaiyyətə təqdim olunacaq.

MSK Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi