Mayın 13-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Mayın 13-də Məzahir Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə
Komissiyanın 3 may 2016-cı il tarixində keçirilmiş iclasının protokolu təsdiq
edilib.
Sonra "Siyasi partiyalar tərəfindən
təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən
keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”a dəyişiklik edilib.
90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan
Respublikasının Milli Məclisinə 2016-cı il iyunun 18-nə təyin edilmiş təkrar seçkilərlə
əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası
Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra təsdiq edilib və 41409 (qırx
bir min dörd yüz doqquz) bülletenin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.
İclasda 90 saylı Ağdaş seçki dairəsi
dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.
Komissiyanın iclasında 2016-cı il
iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə
təkrar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə də baxılıb və Komissiya
üzvlərinin müzakirəsindən sonra müraciətlə bağlı müvafiq qərar qəbul olunub.
Kütləvi informasiya vasitələrinin
nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi