Mərkəzi Seçki Komissiyası iyulun 29-da dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır
Kursların açılış mərasimində giriş nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu tədbirin əhəmiyyətindən söz açmış, aşağı seçki komissiyalarına tövsiyələrini vermiş və onlara uğurlar arzulamışdır.
Tədbirin açılış mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev və ATƏT-in Bakı ofisinin rəhbəri
Koray Tarqay tədbirdə çıxış edərək iştirakçıları kursların başlanması münasibətilə təbrik etmiş və onlara uğurlar arzulamışlar.
Kursların birinci günü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, ikinci günü (30 iyul) isə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, ədliyyə nazirinin müavini Azər Cəfərov və daxili işlər nazirinin müavini Oruc Zalov kurs iştirakçıları qarşısında mühazirələrlə çıxış etmişlər. Həmin gün MSK Katibliyinin məsul işçiləri DSK sədrləri üçün seminarlar keçmişlər.
Kursların üçüncü günü Ali Məhkəmənin sədri Ramiz Rzayev, Respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov və Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov mühazirələr oxumuşlar.
Kursların növbəti günü ( 1 avqust) DSK sədrləri Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevin,Konstitusiya Məhkəməsinin üzvü Ceyhun Qaracayevin, MSK Katibliyinin şöbə müdirləri Elşən Əsgərov və Rüfət Gülməmmədovun mühazirələrini dinləmişlər.
Mühazirələrdən sonra DSK sədrləri 12 saylı Qaradağ - Binəqədi –Yasamal, 25 saylı Nizami ikinci, 26 saylı Sabunçu birinci və 31 saylı Suraxanı ikinci seçki dairələrində təcrübə mübadiləsində olmuşlar.
Kursların sonuncu günü MSK Katibliyinin müdiri Rövzət Qasımov iştirakçılar üçün mühazirə oxumuşdur.
Kursların yekununda DSK sədrlərinə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov tərəfindən sertifikatlar təqdim edilmişdir. Sonra kurs iştirakçıları üçün mədəni tədbirlər təşkil edilmişdir.
Kurslarda beynəlxalq qurumların nümayəndələri və ölkəmizdəki diplomatik korpusların təmsilçiləri iştirak etmişdir.
Kursların növbəti mərhələsi avqustun 5-dən 8-dək rayonlarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçiriləcəkdir.