Noyabrın 17-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2015-ci il noyabrın 17-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
İclasda 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Ərizəçilərin və digər maraqlı tərəflərin də iştirakı ilə Mərkəzi Seçki Komissiyası üzvlərinin müzakirəsindən sonra müraciətlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, müraciətlərlə bağlı aparılan müzakirələr nəticəsində 2015-ci il noyabrın 1-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilmiş seçkilərin etibarsız sayılması qərara alınıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi