Noyabrın 16-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
17 noyabr 2015 15:19
Məzahir Pənahovun sədrliyi ilə 2015-ci il noyabrın 16-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
İclasda ərizəçilərin və digər maraqlı tərəflərin də iştirakı ilə Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra müraciətlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi