Noyabrın 14-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2015-ci il noyabrın 14-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 12 noyabr 2015-ci il tarixli iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Ərizəçilərin və digər maraqlı tərəflərin iştirakı ilə Mərkəzi Seçki Komissiyasının üzvləri tərəfindən aparılan müzakirələrdən sonra daxil olmuş müraciətlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, müraciətlərlə bağlı aparılan müzakirələr nəticəsində 15 saylı Yasamal birinci seçki dairəsinin 29 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması qərara alınıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi