Noyabrın 12-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2015-ci il noyabrın 12-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 10 noyabr 2015-ci il tarixli iclasının protokolu təsdiq edilib.
Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərlə bağlı Komissiyaya daxil olmuş müraciətlərə baxılıb. Ərizəçilərin və maraqlı tərəflərin iştirakı ilə Mərkəzi Seçki Komissiyasının üzvləri tərəfindən aparılan müzakirələrdən sonra daxil olmuş müraciətlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.
İclasda cari məsələlərə də baxılıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələri də iclasda iştirak ediblər.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi