Noyabrın 11-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
2015-ci il noyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 6 noyabr 2015-ci il tarixli iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılıb və Komissiya nəzdindəki Ekspert qrupunun üzvü tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada ətraflı araşdırılmış müraciətlə bağlı müvafiq qərar qəbul olunub.
Müraciətlə əlaqədar aparılan müzakirələrdən sonra 63 saylı Sabirabad birinci seçki dairəsinin 13 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasına qərar verilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi