Noyabrın 10-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə noyabrın
10-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə
Komissiyanın 2015-ci il noyabrın 5-də keçirilmiş iclasının protokolu təsdiq
edilib.
Sonra 2015-ci il noyabrın 1-də Azərbaycan
Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki
Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Komissiya nəzdində fəaliyyət
göstərən Ekspert qrupunun üzvü tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada hərtərəfli araşdırılaraq operativ şəkildə iclasa çıxarılmış
müraciətlərlə bağlı müvafiq qərar qəbul edilib.
Qeyd edək ki, Komissiya üzvlərinin
müzakirəsindən sonra 35 saylı Xətai üçüncü seçki dairəsinin 21 saylı seçki
məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması qərara alınıb.
Kütləvi informasiya vasitələrinin
nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi