Noyabrın 6-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə noyabrın 6-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən Ekspert qrupu üzvləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli araşdırılaraq operativ şəkildə iclasa çıxarılmış müraciətlər Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul olunub.
Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi