Noyabrın 2-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə noyabrın 2-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 28 oktyabr və 29 oktyabr 2015-ci il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada operativ şəkildə araşdırılaraq iclasa çıxarılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi