Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşüb
Azərbaycan Respublikasında bu il noyabrın 1-də keçiriləcək seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak edəcək Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb.
Ölkəmizdə keçirilən seçkilərin müşahidəsində hər zaman yaxından iştirak edən Mərmərə Qrupu Vəqfinin nümayəndə heyətini salamlayan MSK sədri Məzahir Pənahov budəfəki görüşdən də məmnunluğunu bildirib.
Səmimi qəbula görə minnətdarlıqlarını bildirən qonaqlar ölkəmizə hər gəldiklərində şahidi olduqları dinamik inkişafdan sevinc hissi keçirdiklərini bildirib və seçkilərə son hazırlıq işlərilə maraqlanıblar. MSK sədri Məzahir Pənahov qonaqların suallarını cavablandıraraq, Milli Məclisə seçkilərlə bağlı həyata keçirilmiş layihələr barədə onları ətraflı məlumatlandırıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi
Foto: AZƏRTAC