Mayın 2- də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
02 may 2005 16:11
Mayın 2- də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissyanın 6 yanvar, 11 yanvar, 19 yanvar, 10 fevral, 29 mart və 9 aprel 2005-ci il tarixli iclas protokolları təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyası 1 saylı Şərur – Sədərək, 2 saylı Şərur, 79 saylı İmişli və 119 saylı Ağdam kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması barədə qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.