Oktyabrın 28-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Oktyabrın 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 20 oktyabr, 22 oktyabr və 24 oktyabr 2015-ci il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edildi.
Sonra MSK-nın qərarı ilə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edildi.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxıldı. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada operativ şəkildə araşdırılaraq iclasa çıxarılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olundu.
Beynəlxalq müşahidəçilərin, xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi