Oktyabrın 24-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Oktyabrın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 16 oktyabr və 17 oktyabr 2015-ci il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edildi.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxıldı. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılaraq iclasa çıxarılan müraciətlərlə bağlı Komissiya üzvlərinin müzakirəsindən müvafiq qərarlar qəbul olundu.
Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi