Aprelin 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
09 aprel 2005 16:09
Aprelin 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK-nın katibi Natiq Məmmədov 71 saylı Laçın – Kəlbəcər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş Elbrus Halay oğlu Təhməzovun deputat mandatından məhrum edilməsi məsələsi barədə məlumat vermişdir. Komissiya E. H. Təhməzovun deputet mandatından məhrum edilməsi haqqında qərar çıxarmışdır.
Sonra Mərkəzi Seçki Komissiyası 81 saylı Beyləqan, 92 saylı Zərdab – Ucar, 109 saylı Balakən, 111 saylı Zaqatala – Balakən və 119 saylı Ağdam kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması barədə qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.