Oktyabrın 17-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Oktyabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 10 oktyabr 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra Mərkəzi Seçki Komissiyasının qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi.
İclasda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə də baxıldı və Komissiya üzvləri tərəfindən aparılan müzakirədən sonra müvafiq qərar qəbul edildi.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi