Oktyabrın 11-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Oktyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxıldı. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə hərtərəfli araşdırılaraq iclasa çıxarılmış müraciətlərlə bağlı Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq qərarlar qəbul edildi.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi