Oktyabrın 10-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Oktyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 5 oktyabr 2015-ci
il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra
Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin
edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş
müraciətlərə baxıldı. Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin
olunması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə iclasa
çıxarılan müraciətlərlə bağlı Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq
qərarlar qəbul edildi.
Kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari
məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və
ictimai əlaqələr şöbəsi