Oktyabrın 9-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Oktyabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 2 oktyabr 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra MSK-nın qərarı ilə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edildi.
İclasda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxıldı. Komissiya üzvlərinin müzakirəsindən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edildi.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi