Oktyabrın 7-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Oktyabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi.
İlk öncə MSK-nın qərarı ilə 93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edildi.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxıldı. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılaraq iclasa çıxarılan müraciətlərlə bağlı Komissiya üzvlərinin müzakirəsindən müvafiq qərarlar qəbul olundu.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi