Oktyabrın 2-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Oktyabrın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 28 sentyabr 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası və Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxıldı və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alındı.
İclasda həmçinin, MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində də dəyişikliklər edildi.
Komissiyanın iclasında Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə də baxıldı və Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olundu.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi