Sentyabrın 29-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Sentyabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 26
sentyabr 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra Azərbaycan
Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə
əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxıldı.
Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı
müvafiq qərarlar qəbul edildi.
Kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari
məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və
ictimai əlaqələr şöbəsi