Fevralın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
10 fevral 2005 16:07
Fevralın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov Azərbaycan Respublikasında seçkilərin keçirilməsi ilə bağlı seçki sənədlərinin mühafizəsi və arxivə verilməsi qaydaları haqqında Təlimatın layihəsi barədə məlumat vermişdir. Komissiya həmin Təlimatın təsdiqi edilməsi haqqında qərar çıxarmışdır.
Sonra MSK-nın digər katibi Vidadi Mahmudov seçici vəsiqəsinin nümunəsi haqqında məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası seçici vəsiqəsinin nümunəsini təsdiq etmişdir.
İclasda Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası haqqında Əsasnaməyə əlavə edilməsi haqqında da qərar qəbul olunmuşdur.
Komissiya bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması barədə qərarlar qəbul etmişdir.
Sonra cari məsələlərə baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.