Sentyabrın 18-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Sentyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 16 sentyabr 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən təyin edilmiş şəxs Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzv kimi təsdiq olundu.
Komissiyanın iclasında Azərbaycan Respublikasının Milli Məclisinə 1 noyabr 2015-ci ilə təyin edilmiş seçkilərdə Vəhdət Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyası tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması, həmçinin Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edildi.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətə də baxıldı və Komissiya üzvlərinin müzakirəsindən sonra müraciətlə bağlı müvafiq qərar qəbul olundu.
Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi