Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Sentyabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 12 sentyabr 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə "AZADLIQ-2015” siyasi partiyalar bloku və Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsinə baxıldı. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən blok və partiya tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alındı.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi