Sentyabrın 12-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Sentyabrın 12-də Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə
Komissiyanın 8 sentyabr 2015-ci il tarixində keçirilmiş iclasının protokolu
təsdiq edildi.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli
Məclisinə seçkilərlə əlaqədar seçki komissiyalarının səsvermənin nəticələrinə
dair yekun protokollarının hazırlanma qaydası barədə qərar qəbul olundu.
Komissiyanın qərarı ilə 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokratik İslahatlar
Siyasi Partiyası, "AZADLIQ-2015” siyasi partiyalar bloku, Müsavat Partiyası və
Azərbaycan Demokrat Partiyası tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli
nümayəndələr kimi qeydə alındı.
İclasda bəzi seçki dairələri dairə
seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
Kütləvi informasiya vasitələrinin
nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr
şöbəsi