Yanvarın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
11 yanvar 2005 16:05
Yanvarın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK-nın katibi Natiq Məmmədov Komissiya üzvlərini bələdiyyə üzvü seçilmək haqqında vəsiqənin nümunəsi ilə tanış etmişdir. Mərkəzi Seçki Komissiyası həmin vəsiqə nümunəsinin təsdiq edilməsi haqqında qərar çıxarmışdır.
Sonra 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissyasının tərkibində dəyişikliklər edilməsi barədə qərar qəbul olunmuşdur.
İclasda cari məsələlər də müzakirə edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.