Mərkəzi Seçki Komissiyasında siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, təqdim olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə həsr olunmuş seminar keçirilib
2015-ci il avqustun 13-də Mərkəzi Seçki Komissiyasının inzibati binasında siyasi partiyaların nümayəndələri üçün siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, təqdim olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə həsr olunmuş seminar keçirilib.
Mərkəzi Seçki Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Komissiyanın, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Auditorlar Palatasının rəsmilərinin təqdimatında siyasi partiyaların illik maliyyə hesabatlarına və onların tərtib edilməsinə dair tələblər, siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində auditorların iştirakı və auditor sənədlərinə dair tələblər, eləcə də seçkilərlə əlaqədar maliyyə hesabatlarının tərtib edilməsi, göndərilməsi və ictimailəşdirilməsinə dair tələblər barədə çıxışlar dinlənilib.
Tədbirdə dövlət qeydiyyatından keçmiş 37 siyasi partiyanın təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri, Mərkəzi Seçki Komissiyasının üzvləri və siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, aidiyyəti dövlət qurumların təmsilçiləri, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Seminar siyasi partiyaların maliyyə hesabatları ilə bağlı müxtəlif mövzularda müzakirələrlə davam edib, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi
Fotolar: AZƏRTAC