Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Avstriya Respublikasında rəsmi səfərdədir
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2015-ci il iyulun 20-də Vyanada seçkilər mövzusunda keçirilən seminarda iştirak etmək məqsədilə Avstriya Respublikasında rəsmi səfərdədir.
ATƏT-in hazırkı sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən birgə təşkil edilən, seçki idarəetmə qurumlarının və beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı seminar seçkilərlə bağlı müxtəlif məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linkin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun müxtəlif ölkələrin seçki idarəetmə qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası əlaqələr və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi