Mayın 25-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Mayın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə MSK-nın qüvvədə olan bəzi normativ xarakterli aktlarına müvafiq dəyişikliklər edilməsi qərara alındı.
Sonra MSK-nın nəzarət-təftiş xidmətinin yaradılması barədə qərarında dəyişiklik edildi.
MSK üzvlərinin müzakirəsindən sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində də dəyişikliklər olundu.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi