Mayın 15-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Mayın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 7 aprel 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra "Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat” təsdiq edildi və MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər olundu.
MSK üzvlərinin müzakirəsindən sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində də dəyişikliklər edildi.
Cari məsələlərin müzakirəsi zamanı MSK-nın rəsmi mətbuat orqanı olan "Xəbərlər” jurnalının yeni tərkibdə Redaksiya Şurası və Redaksiya Heyəti formalaşdırıldı.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi