Fevralın 12-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Fevralın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 11 yanvar və 12 yanvar 2015-ci il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edildi.
Sonra Mərkəzi Seçki Komissiyasının qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
Komissiyanın iclasında cari məsələlərə də baxıldı.
Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi