Yanvarın 11-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Yanvarın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi.
Əvvəlcə Komissiyanın 7 yanvar və 9 yanvar 2015-ci il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edildi. Sonra 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxıldı. MSK üzvləri tərəfindən müzakirə edildikdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edildi.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi