Yanvarın 9-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Yanvarın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 3 yanvar və 5 yanvar 2015-ci il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edildi.
Sonra 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxıldı. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edildi.
İclasda cari məsələlərə də baxıldı.
Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi