Yanvarın 5-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Yanvarın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi.
İclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlər baxıldı. Vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması məqsədilə tam, hərtərəfli və obyektiv araşdırılan müraciətlərə operativ şəkildə baxılaraq müvafiq qərarlar qəbul edildi. Komissiya üzvlərinin müzakirəsindən sonra 70 saylı Masallı şəhər seçki dairəsi üzrə Musakücə bələdiyyəsinə seçkilərin etibarsız sayılması qərara alındı.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxıldı.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi